“Child Dreams”, Dreams Group MMC olaraq 2019-cu ildə qurulmuş Azərbaycanın ilk və tək Uşaq Konsept Mağazasıdır.
Azərbaycanda zövqlü, keyfiyyətli və fərqli uşaq məhsullarına olan tələbatı nəzərə alaraq qurulmuş mağazamız, adına uyğun olaraq uşaq arzularını ən yüksək səviyyədə reallaşdırmaq misiyasını öz üsünə götürmüş, 0-10 yaş körpə və uşaq ehtiyaclarına uyğun olaraq 100-ə yaxın butik dizayn brendini böyük bir diqqətlə seçərək bir nöqtədə cəmləşdirmişdir. Bu brendlərə valideynlərin ehtiyacları, Avropa trendləri və qurucuların zövqləri əsasında hər keçən gün bir yenisi daha əlavə edilməkdədir.
Daima fərqli və daha yaxşının xeyalı ilə müştərilərimizin hər zaman ən populyar məhsulları əldə etməyinə çalışmaqdayıq.
Hekayəsi olan, təbiətə və çevrəyə diqqətlə yanaşan brendlər ilə əməkdaşlıq edərək brend bazamızı genişləndirməyi özümüzə borc bilirik.
Bu səbəbdən Child Dreams mağazasından aldığınız məhsullar hər zaman ən bacarıqlı dizaynerlərin hazırladıqları, limitli sayda istehsal edilən, mass marketlərdə olmayan və uzun illər boyunca boyük bir zövqlə istifadə edə biləcəyiniz məhsullara çevriləcəyinə inanırıq.
Child Dreams öz yaratdığı Uşaq Konsept Mağaza anlayışı ilə bütün sektora ilham verməyə davam edir. Bu yaradıcılığın haqlı qururu ilə yolumuza əmin addımlarla irəliləyirik…